03/04/2023
Türkiyə-də tibbi təhsil almağın üstünlükləri nədədir?
Hazırda Türkiyədə ali təhsil sistemi ən yüksək səviyyədədir. Türkiyə universitetləri hər il beynəlxalq reytinqlərdə yüksək pillələri tutur. Ölkənin təhsil müəssisələrinin dünyanın hər yerində tanınan diplomları, nisbətən aşağı təhsil haqları, gözəl təbiəti və inanılmaz, estetik cəhətdən cəlbedici memarlığı digər ölkələrin abituriyentlərini cəlb edir.
Tibbi texnologiyaların inkişafına baxmayaraq, Türkiyədə həkim çatışmazlığı var ki, bu da respublikanın ən yaxşı tibb fakültələrində xarici tələbələr üçün büdcə və müqaviləli yerlərin çoxluğunu tam izah edir.
Ən çox axtarılan ixtisaslardan biri tibb bacısıdır. Tədris müddəti cəmi 4 il çəkir. Kurrikulum təhsili o qədər geniş əhatəlidir ki, cəmi 4 il müddətində təhsil almış mütəxəssis bir çox şeylərdə peşəkar həkimi əvəz edə bilər. Qeyd edək ki, Türkiyə diplomları bütün dünya ölkələri tərəfindən tanındığı üçün tibb universitetinin məzunu Avropa və Qərbin istənilən dövlətində təhsilini davam etdirə bilər.
Necə qəbul olmaq olar?
Türkiyədə tibb ixtisası üzrə universitetlərə qəbul olmaq üçün sizdən Attestat, YÖS və DİM balınız tələb oluna bilər. Bunlardan ən asanı isə təbiiki Attestatla qəbul olmaqdır. Sizin attestat qiymətləriniz isə 5 olmalıdır. Daha sonra müvafiq imtahanları və universitetin özünün daxili imtahanlardan keçməlisiniz. Əgər təhisli ingilis dilində almaq istəsəniz, bu zaman İELTS və ya TOEFL imtahanı verməli və müvafiq sertifikatı təqdim etməlisiniz. Daha öncə sertifikata sahib olarsınızsa, onu da təqdim etmək olar.
Türkiyədə harada oxuya bilərəm?
Aşağıdakı universitetlərdə asanlıqla qəbul ala bilərsiniz:
Yeditepe
Acıbadem
Medipol
Altınbaş
Bahçeşehir
Maltepe
Bezmialem
İstanbul Aydın
Okan
Başkent
Ege
Aksaray
Atatürk
İstanbul
Kocaeli
və başqaları
Harada qalacağam?
Türkiyədə yataqxanalar yaşamaq üçün həqiqətən xoş və maraqlı olduğu yerlərdəndir. Çünki klassik kampusun ərazisi çoxlu sayda istirahət və özünütəhsil sahələrinə malik mükəmməl inkişaf etmiş infrastrukturu ilə seçilir. Kitabxanalar, klublar, idman kompleksləri, tennis kortu - hamısı bir ərazidədir.
Tibb fakültəsinə daxil olanlar bilir ki, burada təhsil almaq çətin və vaxt baxımından bir qədər də sıxdır. Yatmağa və əylənməyə çox vaxtınız olmayacaq, lakin daha çoxunun sahibi olacaqsınız - əla həkim və onlarla insanın sağlamlığının keşikçisi olmaq xoşbəxtliyini yaşayacaqsınız. Bununla parallel olaraq yeni tanıyacağınız dost-tanışlarlarla da arada ünsiyyət və əyləncəyə vaxt tapacaqsınız.
Qiymətlər necədir?
Qiymətlər oxuyacağınız universitet və şəhərə görə dəyişir.
Daha ətraflı məlumatı bizim mail ünvanına yazaraq, çağrı mərkəzinə zəng edərək, ofisimizə yaxınlaşaraq və ya votsapdan yazaraq öyrənə bilərsiniz.